İyun 12, 2019 11:39 Asia/Baku
  • İran Qazaxıstan ilə münasibətlərin inkişafda olan prosesini alqışlayır
    İran Qazaxıstan ilə münasibətlərin inkişafda olan prosesini alqışlayır

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Qazaxıstanda prezident seçkilərininin keçirilməsini alqışlayaraq, seçilmiş prezidentə və yeni hökumətə uğurlar arzulayıbdır.

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Seyyed Əbbas Musəvi çərşənbə günü Qasım-Comərd Tokayevin prezidentliyi dövründə İran İslam Respublikası ilə Qazaxıstan arasında münasibət və əlaqələrin keçmişdə olduğu kimi, özünün müsbət və inkişaf etməkdə olan prosesini davam edəcəyinə ümid etdiyini bildirib.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani də dünən çərşənbə axşamı günü Qazaxıstan prezidenti seçilməsi münasibətilə Qasım-Comərd Tokayevi təbrik edibdir.

Qazaxıstanın istefa vermiş prezidenti Nursultan Nazarbayevin canişini və müvəqqəti prezident Qasım-Comərd Tokayev bazar günü növbədənkənar prezident seçkilərində prezidentliyə namizəd olan altı namizəd ilə rəqabətdə prezidentlik kürsüsünə yiyələnmək üçün səs çoxluğu qazana bildi.

Teqlər

Şərhlər