Jul 01, 2019 12:56 Asia/Baku
  • Zəngənə İranın OPEK(OPEC)-dən kənar neft ixracatçıları ilə həmkarlğını vurğulayıb
    Zəngənə İranın OPEK(OPEC)-dən kənar neft ixracatçıları ilə həmkarlğını vurğulayıb

İranın neft naziri deyib ki, İran OPEK-dən kənar neft ixracatçıları ilə həmkarlğa dəstək verir, amma “OPEKdaxili” birlik olmadan bu təşkilata üzv və qeyri-üzv ölkələrlə əməkdaşlıq planı mənasızdır.

İranın neft naziri Bijən Zəngənə bu gün Vyanaya yola düşməzdən öncə əlavə edib: OPEK-in əksər üzvləri İranın dostlarıdırlar, amma bir ölkə ilə düşmənçilik etmədyimiz bir halda, OPEK-ə üzv bir neçə ölkə böyük İran xalqı ilə düşmənçilik yolunu seçibdir.

“Yaxşı olardı ki, OPEK öncə öz üzvləri arasında anlaşma yaratsın” deyən Zəngənə əlavə edib: Yaxşı olardı ki, İranın bəzi qonşuları İrana qarşı düşmənçilikdən əl çəksinlər və bizim dostluq əlimizi sıxsınlar. Əks halda, “OPEKdaxili” birlik olmadan hər bir digər bəhs faydasız bir jest olacaqdır.

İranın neft naziri əlavə edib: OPEK-in iki üzvü digər üzvlərin maraqlarına zərbə vurmaq ardınca olarkən OPEK dağılmağa doğru gedəcək və bu təşkilata üzv və qeyri-üzv ölkələrin anlaşmalarından danışmaq mənasız olacaqdır.

Neft İxrac edən Ölkələr Təşkilatı- OPEK-in 176-cı iclası bu gün bu təşkilatın Vyanadakı daimi qərargahında işə başlayacaq.

 

Teqlər

Şərhlər