Jul 15, 2019 19:31 Asia/Baku
  • Əsəd: Suriya ABŞ-ın təhdidləri qarşısında İranın kənarındadır
    Əsəd: Suriya ABŞ-ın təhdidləri qarşısında İranın kənarındadır

Suriya prezidenti Dəməşqin ABŞ-ın təhdidləri qarşısında Tehranı himayə etdiyini bildirib.

Suriya prezidenti Bəşşar Əsəd bu gün Dəməşqdə İran İslam Şurası Məclisi sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi Hoseyn Əmirəbdollahiyan ilə görüşdə deyib: Suriya Amerikanın təhdidləri və qanunsuz hərəkətləri qarşısında Tehranı himayə edir.

Hoseyn Əmirəbdollahiyan da bu görüşdə Amerika hökumətinin düşmənçilik siyasətləri ilə mübarizədə İran İslam Respublikasının öz xalqının maraqlarını himayə üzrə siyasətlərini şərh edib.

Suriya-İran əlaqələri, Suriyada terrorizmlə mübarizə və bölgənin durumu Suriya prezidenti ilə İran İslam Şurası Məclisi sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi arasındakı danışıqların ən mühüm mehvərlərindən olubdur.

Teqlər

Şərhlər