Aug 02, 2019 15:49 Asia/Baku
  • İran və Türkiyə prezidentləri arasında razılaşdırılmış mövzular araşdırılır

İran İslam Respublikası Prezidenti Adminstrasiyasının rəhbəri Türkiyəyə bir günlük səfərdə məqsədinin İran və Türkiyə prezidentlərinin iki tərəfli görüşü istiqamətində iki ölkənin müştərək iqtisadi komissiyasının qərarlarının icrasını araşdırmaqdan ibarət olduğunu deyib.

Mahmud Vaizi bu gün Türkiyəyə daxil olarkən İRİB müxbirinə verdiyi açıqlamada deyib: Ötən iyun ayında Tacikistanda İran və Türkiyə prezidentlərinin razılaşdırdıqları mövzuları araşdırmaq iki ölkə prezidentlərinin qarşıdakı 10 gün ərzində Rusiyanın Soçi şəhərində iki tərəfli görüşlərinə müqəddimə olacaq.

Vaizi İran və Türkiyə ali əməkdaşlıq şurasının yaradılmasını xatırladaraq deyib: Bu səfərdə regionun şəraiti və ABŞ-ın iki ölkəyə qarşı təhdidləri nəzərə alınaraq  iki ölkə arasında iqtisadi, ticarət, turizm və mədəniyyət sahələrində qarşılıqlı əməkdaşlıqların genişləndirilməsi barədə Türkiyə prezidenti və nazirləri və iqtisadi aktivləri ilə müzakirələr aparılacaq.

İİR PA-nın rəhbəri həmçinin bir ay ərzində Türkiyədə İran, Rusiya və Türkiyə prezidentlərinin görüşünün baş tutacağınan xəbər verərək deyib: Bu görüşə hazırlıqlar həyata keçməkdədir və görüşün dəqiq günü barədə qərar veriləcək.

Teqlər

Şərhlər