Aug 20, 2019 16:37 Asia/Baku
  • Təbrizdə Avrasiya sahəsində beynəlxalq inkişaf konfransı işə başlayıb

Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərində on ölkənin iştirakı ilə "Avrasiya sahəsində tarixi kontekstlərin qorunması" adlı onuncu beynəlxalq inkişaf konfransı işə başlayıb.

Avqustun otuzunadək davam edəcək bu beynəlxalq konfransda iranlı universitet müəllimləri və tədqiqatçılar, həmçinin Yaponiya, Çin, Rusiya, Fransa, Finlandiya, İtaliya, Bolqarıstan, Türkiyə və Ermənistandan olan tədqiqatçılar iştirak edirlər.

Risk qəbuletmənin azaldılması, İpək yolunun bir hissəsinin bərpası, şəhərdə enerjinin idarə olunması, şəhər dözümlülüyü istiqamətində iştirakın bərpası və gücləndirilməsində ictimai vasitələrin rolu və turizm baxımından şəhər inkişafı və turizm bu beynəlxalq konfransın mehvərlərindəndir.

Teqlər

Şərhlər