Sep 05, 2019 07:41 Asia/Baku
  • Zərifin Amerikanın İran gəmisinin kapitanına rüşvət təklif etməsinə cavabı
    Zərifin Amerikanın İran gəmisinin kapitanına rüşvət təklif etməsinə cavabı

İranın xarici işlər naziri deyib: Dəniz quldurluğunda uğursuz qalmış Amerika hökuməti bac almağa pənah aparıbdır.

Məhəmməd Cavad Zərif dünən gecə twitter-də Amerikanın, müsadirə etmək üçün İran tankerinin kapitanına rüşvət təklifi verməsinə işarə edərək, yazıb: Tramp deyir ki, İran neftini Amerika üçün gətirin və bir neçə milyon dollar alın, əks halda sanksiya ediləcəksiniz.

İranın xarici işlər naziri bildirib ki, bu rəftar onun bir neçə həftə bundan öncə Ağ Ev-dən aldığı dəvətnaməyə bənzəyir. Görünür, bu kimi rəftarlar adi prosesə çevrilməkdədir.

"Financional Times" qəzeti yazıb: Amerikanın İran məsələləri üzrə xüsusi nümayəndəsi Brayan Hook İranın "Adrian Dərya" tankerinin hind kapitanı Axileş Kumara bu tankerin müsadirə edilməsi qarşılığında pul təklifi veribdir.

Bu ingilis qəzet yazır ki, Amerika prezidenti Donald Trampın hökuməti İran tankerinin müsadirə edilməsi qarşılığında onun kapitanına bir neçə milyon dollar təklif edib.

İran gəmisi kapitanının Amerika hökuməti illə həmkarlıqdan çəkinməsindən sonra Brayan Hook, Kumara email göndərərək, deyib ki, Amerikanın xəzinədarlıq nazirliyi onu sanksiya edibdir.

İran tankeri cari milad ili iyulun 4-də Amerikanın göstərişi və İngiltərənin həmkarlığı ilə iyulun dördündə müsadirə olundu və 40 gündən sonra Cəbəllüttariq bölgəsinin ali məhkəməsinin qərarı ilə azad edildi.

Bu gəminin İranın İngiltərə hökumətinin onun azad edilməsi üzrə şərtləri ilə müxalifət etməsinin ardınca azad edilməsi bir daha göstərdi ki, İran İslam Respublikası diplomatiya və döyüş meydanlarında qalib gəlibdir.

Teqlər

Şərhlər