Sep 09, 2019 10:15 Asia/Baku
  • Musəvi: İranın “Adrian Dərya” tankeri öz yükünü boşaldıb
    Musəvi: İranın “Adrian Dərya” tankeri öz yükünü boşaldıb

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Problemlərin yaradılmasına rəğmən, İranın “Adrian Dərya” tankeri Aralıq dənizi sahillərinə yan alaraq, öz yükünü boşaldıbdır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyyed Əbbas Mousəvi dünən IRNA ilə müsahibədə əlavə edib: İran bundan öncə də bildirmişdi ki, hər bir yolla olursa-olsun, öz neftini satacaq və əziyyətverici hərəkətlər Tehranın proqramlarına heç bir təsir göstərməyəcəkdir.

Mousəvi İngiltərənin “Stena İmpero” gəmisinin son durumu barədə də belə deyib: Bu gəmi də hazırda məhkəmə və hüquqi cəhətdən araşdırılmanın son mərhələlərini keçirir və ehtimal üzrə yaxın gələcəkdə onun müsadirəsi qaldırılacaqdır.

Bundan öncə “Qris 1” adlanan “Adrian Dərya” gəmisi Avropa Birliyinin sanksiyalarını pozması iddiası ilə Cəbəlüttariqdə ingilis qüvvələr tərəfindən müsadirə olunmuşdu. Cəbəlüttariq bölgəsinin ali məhkəməsi avqustun 15-də bir hökmdə “Adrian Dərya”nın müsadirəsinin götürülməsinə göstəriş verdi, amma Amerika rəsmiləri “Adrian Dərya”nın müsadirəsinin götürülməsinə mane olmağa çalışdılar.

Nəhayət Cəbəlüttariq bölgəsinin ali məhkəməsi Amerikanın bu istəyini rədd etdi və “Adrian Dərya”nın hazırlanması və koordinasiyasına əsasən, bu İran tankeri Cəbəlüttariq bölgəsindən çıxaraq, beynəlxalq sulara daxil oldu.

 

Teqlər

Şərhlər