Sep 13, 2019 20:48 Asia/Baku
  • Zərif: Amerikanın

İran İslam Respublikası xarici işlər naziri Plitiko qəzetində sionist rejimin Ağ evə qarşı casusluq fəaliyyətləri ilə əlaqədar dərc edilmiş ifşaçı məlumata toxunaraq bildirib: ABŞ prezidenti Donald Trampın "B" komandasındakı ən yaxşı dostu olarkən onun düşmənə ehtiyacı yoxdur.

Politiko qəzeti bir məqalədə Amerikanın sabiq rəsmilərinə istinadla bildirib ki, sionist rejim məmurları Ağ evdə və Amerikanın paytaxtı Vaşinqtondakı digər dövlət qurumlarında casusluq cihazları quraşdırıbmışlar.

İRİB-in verdiyi məlumata görə, İİR XİN başçısı Məhəmməd Cavad Zərif bu gün özünün Tvitter səhifəsində yazıb: B komandası bir daha hücuma keçdi.

Zərif Trampa xitabən yazıb: Amerikanın bu ölkənin xəzinəsini boşaltmaqdan əlavə Amerikanın xarici siyasətini girov götürmüş və bu ölkə prezidentindən casusluq edən bir kimsəsi varsa onun düşmənə ehtiyacı yoxdur.

İİR XİN başçısının B komandasından məqsədi sionist rejimin baş naziri Benyamin Netanyahu, Səudiyyə vəliəhdi Bin Salman, BƏƏ vəliəhdi Bin Zayid və Ağ evin təhülkəsizlik üzrə keçmiş müşaviri Con Boltondan ibarət adları B hərfi ilə başlayan militaristlərdir.

Teqlər

Şərhlər