Sep 16, 2019 18:15 Asia/Baku
  • Ruhani: Tehran-Ankara münasibətləri dostcasına, möhkəm və genişlənməkdədir
    Ruhani: Tehran-Ankara münasibətləri dostcasına, möhkəm və genişlənməkdədir

İran İslam Respublikasının prezidenti müxtəlif sahələrdə Tehran-Ankara münasibətlərini dostcasına, möhkəm və genişlənməkdə olan münasibətlər adlandırıb.

Həsən Ruhani bu gün Ankarada İran, Türkiyə və Rusiya prezidentlərinin beşinci üçtərəfli sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanla görüşdə bildirib ki, iki ölkə müxtəlif şəraitdə bir-birinin kənarında durubdur. O, deyib: İran və Türkiyə problemlərə rəğmən, özlərinin hərtərəfli iqtisadi əlaqələrini davam etdirəcəklər.

İran İslam Respublikasının prezidenti həmçinin bildirib ki, Fars Körfəzi bölgəsi, Oman dənizi və Hörmüz boğazının su yollarının təhlükəsizliyinin qorunması daim ən böyük sahil ölkəsi kimi İran üçün diqqət mərkəzində durubdur. O, deyib ki, İran özünü bölgənin su yollarının təhlükəsizliyinin təmin edilməsinə borclu bilir.

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan da bu görüşdə dostcasına, qardaşcasına və inkişaf etməkdə olan Tehran-Ankara münasibətlərinə toxunub. Deyib ki, iki ölkə arasındakı ticarət əməkdaşlığı milli pullardan istifadə ilə nəzərəçarpacaq inkişafa malik olub və bu proses davam edəcək.

Ərdoğan ABŞ-ın İrana qarşı sanksiyalarının qeyri-konstruktiv olduğunu bildirib. Vurğulayıb ki, İran və Türkiyə çətin günlərdə bir-birilərinin kənarında dayanıblar və bundan sonra da dayanacaqlar.

Teqlər

Şərhlər