Oct 10, 2019 18:58 Asia/Baku
  • İran Türkiyənin Suriyaya hücumlarını dayandırmasının vacibliyini vurğulayıb
    İran Türkiyənin Suriyaya hücumlarını dayandırmasının vacibliyini vurğulayıb

İran Xarici İşlər Nazirliyi Türkiyənin təhlükəsizlik nigarançılıqlarını dərk edərək, Türkiyənin Suriyadakı hərbi əməliyyatlarının dərhal dayandırılması və Tükiyə hərbçilərinin bu ölkə ərazisindən çıxarılmalarının vacibliyini vurğulayıb.

İran Xarici İşlər Nazirliyi cümə axşamı günü verdiyi açıqlamada Türkiyənin Suriya ərazisindəki hərbi əməliyyatlarından öz narahatlığını ifadə edərək, hərbi addımın Türkiyənin təhlükəsizlik problemlərini həll etmək üçün bir vasitə olmadığını, əksinə geniş  insan və maddi ziyana səbəb olduğunu qeyd edib və bu əsasda İranın həmin addımın əleyhinə çıxdığını bildirib.

İran Xarici İşlər Nazirliyi bölgədəki mövcud vəziyyətin ABŞ xüsusiyyət təşkil etməklə regiondankənar müdaxilənin nəticəsi olduğunu vurğulayıb.

İran Xarici İşlər Nazirliyi əlavə edib: İran İslam Respublikası problemlərin həllində regional potensiala söykənən yanaşma əsasında, hazırda hər iki tərəflə təmasda olduğu kimi, Türkiyə ilə Suriya arasında hər cür rol oynamağa hazır olduğunu bəyan edir.

Açıqlamada deyilir: Gərginlik yalnız Suriyanın suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında, sülh yolu və Adana Sazişi ilə həll edilə bilər.

Suriyanın şimalında Türkiyə Kürdüstanı Fəhlə Partiyası-PKK-nın siyasi, hərbi və təşkilati fəaliyyətlərinin artması ilə Ankara və Dəməşq 1998-ci ildə terrorizmlə mübarizə sahəsində əməkdaşlıq haqqında Adana Sazişini imzaladılar.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən  rəsmən Suriyanın şimal bölgələrinə hücum əmri verib.

Türkiyə bu əməliyyatlarda məqsədi, "Xalq Müdafiə Bölmələri"-YPG-yə, Türkiyə Kürdüstanı Fəhlə Partiyası-PKK-ya və İŞİD-ə hücum adlandırıb.

Bəzi mənbələrin bildirdiklərinə görə, toqquşmalar indiyədək 15 nəfərin ölümünə və 40-dan çox adamın yaralanmasına səbəb olubdur.

 

Teqlər

Şərhlər