Oct 14, 2019 20:00 Asia/Baku
  • Müqavimətlə fitnələr tufanından keçdik
    Müqavimətlə fitnələr tufanından keçdik

İran prezidenti deyib: Sayıqlıq, səbir və müqavimətlə böhranlı və yarımböhranlı şəraitdən keçə bildik.

Həsən Ruhani bu gün axşam özünün 13-cü mətbuat konfransında deyib: Bu gün qətiyyətlə deyə bilərik ki, Amerika, dünya imperializmi, sionizm və bölgə mürtəcelərinin quruluşa ciddi zərər vurmaq üzrə fitnələri başa çatıbdır.

Prezident əlavə edib: Siyasi və beynəlxalq cəhətdən İran İslam Respublikası daha güclü və daha möhkəm şəraitə malikdir.

Ruhani vurğulayıb: Heç vaxt qonşularımızla pis münasibətə malik olmaq istəməmişik və həmişə yaxşı münasibətlər ardınca olmuşuq. O, bildirib ki, region məsələləri bölgə ölkələrinin özləri tərəfindən həll olunmalıdır.

Ölkə prezidenti söyləyib: Bizim üçün Amerika prezidentinin hansı şəxsin olmasının fərqi yoxdur. Bizim elan etdiyimiz çərçivədə sanksiyaların götürüləcəyi və əsl bir 5+1 müzakirəsi üçün şəraitin yaradılacağı zaman biz həmin iclasa qatılmağa hazırıq.  

Prezident Türkiyənin Suriyaya hücumunun Astana sülh prosesinə təsiri barədəki sualın cavabında deyib: Türkiyə Suriyanın şimalı barədə nigarançılıqlara malikdir. Nigarançılıq prinsipini qəbul edirik. Türkiyə bizimlə dost dövlətdir, amma seçdikləri üsulu qəbul etmirik. Hamımız Suriya ordusunun öz ölkəsinin şimalında yerləşməsinə kömək etməliyik.

Ölkə prezidenti İran tankerinə və gəmiçiliyə qarşı təcavüz haqda isə belə deyib: Mütləq şəkildə terror hərəkəti olubdur. Mütləq şəkildə bir hökumət bu işi görübdür. Biz araşdırma aparmaqdayıq. Bu işi görmüş ölkə onun nəticələrini gözləməlidir.

 

 

 

Şərhlər