Oct 18, 2019 19:07 Asia/Baku
  • Şəmxani: Heç bir ölkə İranın təhlükəsizliyinə zərər vura bilməz
    Şəmxani: Heç bir ölkə İranın təhlükəsizliyinə zərər vura bilməz

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ölkənin müdafiə imkanlarına toxunaraq vurğulayıb: Heç bir ölkə İranın təhlükəsizliyinə zərər vura bilməz.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani cümə günü ölkənin cənub-qərbindəki Çəzzabə sərhəd terminalında yerləşən çadırlara baş çəkmək çərçivəsində jurnalistlərə deyib: Builki Ərbəin mərasimində- bu möhtəşəm toplantıda, İran və digər ölkələrdən milyonlarla zəvvar iştirak edib. İran və İraqda zəvvarlar üçün heç bir təhlükəsizlik problemi yaranmayıb.

Şəmxani Hüseyni(ə) Ərbəini yürüşünü Fələstin xalqının azadlığı və müdafiəsi üçün bir mehvər və sionist rejim əleyhinə bir toplantı adlandırıb.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi həmçinin Hüseyni(ə) Ərbəini mərasimini möhtəşəm keçirmək üçün göstərdikləri səylərə görə, İraqın hökuməti və xalqına təşəkkür edib.

Hicri qəməri tarixlə 1441-ci il səfər ayının 20-si, 2019-cu il oktyabrın 19-u, Həzrət İmam Hüseyn(ə)-ın və o həzrətin vəfalı köməkçilərinin Kərbəla səhrasında şəhid olmalarının ərbəin günüdür.

Çoxlu sayda müsəlman və digər dinlərin davamçıları Ərbəinə bir neçə gün qalmış Nəcəf şəhərindən Kərbəlayadək olan təqribən səksən kilometrlik məsafəni piyada şəklində keçərək, özlərini Həzrət İmam Hüseyn(ə)-ın pak ziyarətgahına çatdırırlar.

İraqlı mənbələrin rəsmi statistikalarına görə, ötən il dünyada ən iri illik toplantı olan Hüseyni(ə) Ərbəini yürüşündə təqribən on dörd milyon zəvvar iştirak etmişdi.

Şərhlər