Oct 23, 2019 14:15 Asia/Baku
  • Amerikanın iqtisadi terrorizmi dünya xalqlarını təhlükəyə salıb
    Amerikanın iqtisadi terrorizmi dünya xalqlarını təhlükəyə salıb

Zərif: Amerikanın sanksiyalara qurşanması beynəlxalq iqtisadi quruluşu və dünyada yüz milyonlarla insanı təhlükə qarşısında qoyubdur.

İranın xarici işlər naziri Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin Bakıda keçirilən iclasında ABŞ-ın birtərəfliliyi, iqtisadi terrorizmi və insan qırğınına verdiyi dəstəyi tənqid edərək,  deyib:  Amerikanın sanksiyaya qurşanması beynəlxalq iqtisadi quruluşu və dünya xalqlarından yüz milyonlarla nəfəri təhlükə qarşısında qoyubdur.

Məhəmməd Cavad Zərif bu iclasda dünya səviyyəsində əməkdaşlığa və multilateralist diplomatiyaya artan etinasızlığı tənqid edərək, onu dünyanın bir çox bölgələrində səbatsızlığın və problemlərin şiddətlənməsinə yönələn bir amil adlandırıb. O, əlavə edib: Belə bir şəraitdə  beynəlxalq hüquqlar, çoxtərəfli müqavilələr, BMT Təhlükəsizlik Şurasının qətnamələri və mədəni davranış normaları siyasi-şəxsi ambisiyalara görə, təhlükəyə məruz qalıblar.

Zərif həmçinin Amerikanın Qüds və Cövlan barədəki təxribatçı və birtərəfli siyasətlərinə, eləcə də Fələstin xalqının tale təyinetmə haqqına göz yumulması və sionist rejimin həyasızlaşması ilə nəticələnən bəzi region ölkələrinin darfikirli zəifliklərinə işarə edib.

İranın xarici işlər naziri habelə Yəmən böhranına və Amerikanın himayəsilə bu ölkə xalqına qarşı törədilən cinayətlərə, bu böhranın regional cəhətlərinə, eləcə də onun nəzarətdən çıxması təhlükəsinə toxunub.

Zərif öz çıxışını son zamanlar İran prezidenti tərəfindən BMT-də təqdim olunmuş “Hörmüz boğazı” layihəsini şərh etməklə başa vurubdur.

 

 

 

Şərhlər