Oct 29, 2019 13:57 Asia/Baku
  • Fələstin xalqının müqaviməti sionist rejimin qorxması amilidir
    Fələstin xalqının müqaviməti sionist rejimin qorxması amilidir

İran İslam Şurası Məclisinin sədri Fələstini İslam Dünyasının əsas mövzularından biri adlandırıb. Deyib ki, Fələstin xalqının müqaviməti sionist rejimin qorxması amilidir.

Əli Laricani dünən axşam İranın Semnan vilayətinin Damğan universitetində keçirilən “Qürbətdəki mübarizlər” adlı beynəlxalq konfransda deyib: Bölgə və müqavimət cəbhəsi xalqlarının müqaviməti düşmənlərin rəftarlarına görədir, zira müqavimət düşmənlərin fitnəsilə yeganə mübarizə yoludur.

Laricani bildirib ki, bölgə xalqlarının müqaviməti düşmənləri bölgəyə qarşı fitnəkarlığa məcbur edir. O, deyib: Düşmən bu gün müqavimət cərəyanının gücünə inanır və məhz həmin müqavimətin miqdarı qədər də müqavimət cəbhəsinə fitnələr icbar etdirir, lakin heç vaxt qalib gəlməyəcəkdir.

İran İslam Şurası Məclisinin sədri əlavə edib: İslam ölkələrində müqavimət cəbhəsinin qüvvələri öz cihad və müqavimətləri ilə qürbətdə deyillər, əksinə bu cihad Qərbi Asiyada təsirli və avanqard bir hərəkətdir.

4-cü “Qürbətdəki mübarizlər” adlı beynəlxalq konfrans dünən İran İslam Şurası Məclisinin sədri Əli Laricaninin iştirakı ilə Damğan universitetində işə başlayıb.

Konfransda 38 islami ölkədən 180-dən çox şəxsiyyət və mütəfəkkir, Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzaki və Bəhreyn İslam Hərəkatının rəhbəri Şeyx İsa Qasimin ailələri, həmçinin İslam Müqaviməti Cəbhəsinin şəhid və hərbi əlil ailələrindən bir qrupu iştirak edir.

 

 

Teqlər

Şərhlər