Nov 03, 2019 07:57 Asia/Baku
  • İranın Fars Körfəzinin təhlükəsizliyinin təminindəki ciddiliyi
    İranın Fars Körfəzinin təhlükəsizliyinin təminindəki ciddiliyi

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: “Hörmüz sülhü üzrə fəallıq” layihəsinin tam mətninin bölgə ölkələrinə göndərilməsi İran İslam Respublikasının ciddiliyi və Fars Körfəzi bölgəsində sabitlik və təhlükəsizliyin təminində region ölkələrinə önəm verməsinin bəyanedicisidir.

Seyyed Əbbas Mousəvi “Hörmüz sülhü üzrə fəallıq” layihəsinin tam mətninin İran İslam Respublikası prezidenti tərəfindən Fars Körfəzi Əməkdaşlıq Şurası ölkələrinin və İraqın dövlət başçılarına göndərilməsini təsdiq edərək, əlavə edib: Bu layihənin İran İslam Respublikası prezidenti tərəfindən BMT Baş Assambleyasının builki sessiyasında təqdim olunmasından sonra “Hörmüz sülhü üzrə fəallıq” layihəsinin tam mətni region ölkələrinin başçılarına göndərilibdir.

Mousəvi bildirib ki, İran İslam Respublikası prezidenti “Hörmüz sülhü üzrə fəallıq” layihəsinin həyata keçirilməsində bütün region ölkələrinin iştirakını istəyib.

O, əlavə edib: İran xarici işlər naziri Məhəmməd Cavad Zərif tezliklə bu barədə bir məktubu BMT baş katibinə göndərəcək.

İran İslam Respublikası prezidenti Həsən Ruhani sentyabrın 25-də BMT Baş Assambleyasının sessiyasındakı çıxışında İranın regional və beynəlxalq mövqelərini bəyan edərək, regional “Hörmüz sülhü üzrə fəallıq” və ya “Ümid koalisiyası” layihəsini təqdim etdi.

 

Teqlər

Şərhlər