Nov 08, 2019 08:49 Asia/Baku
  • İran nüvə təsisatlarının təhlükəsizliyi barədə güzəştə getməyəcək
    İran nüvə təsisatlarının təhlükəsizliyi barədə güzəştə getməyəcək

İranın Vyanda yerləşən beynəlxalq təşkilatlardakı səfiri və daimi nümayəndəsi vurğulayıb ki, İran İslam Respublikası öz nüvə təsisatlarının təhlükəsizliyi barədə əsla güzəştə getməyəcək.

İranın Vyanda yerləşən beynəlxalq təşkilatlardakı səfiri və daimi nümayəndəsi Kazem Qəribabadi dünən MAQATE-nin idarə heyətinnin xüsusi iclasında iştirakdan sonra İranın Atom Enerjisi Təşkilatı rəsmilərinin agentliyin müfəttişlərindən birinin Nətənz zənginləşdirmə saytına daxil olmasının qarşısını almasına işarə edərək, deyib ki, İranın nüvə təsisatlarının təhlükəsizliyini heç bir şəraitdə güzəştə gedə bilmərik.

O, əlavə edib ki, agentliyin bir müfəttişinin Nətənz nüvə saytına daxil olmasından İrandan çıxmasınadək tam şəkildə hesabat təqdim edib və vurğulayıbdır ki, İran bu barədə təhlükəsizlik nigarançılıqlarına malikdir.

İranın Atom Enerjisi Təşkilatı bir hesabat yayaraq bildirib: Bir qayda olaraq MAQATE-nin bütün müfəttişlərinin özləri ilə gətirdikləri vəsaitlər nüvə saytlarından hər birinə daxil olarkən təftiş və nəzarətdən keçirilir, amma müfəttişlərdən biri daxil olarkən nəzarət təchizatları xəbərdarlıq əlaməti göstəriblər və buna görə, bu müfəttişin vəsaitləri nəzarətdən keçirilərək, onun Nətənz saytına daxil olmasının qarşısı alınıb və bu barədə MAQATE-yə xəbər verilibdir.

Qəribabadinin sözlərinə görə, İran bu barədə təhqiqatın davam etməsi üçün agentliyin həmkarlıq etməsini istəyibdir.

 

Şərhlər