Dec 02, 2019 20:21 Asia/Baku
  • Zərif: İran bütün region ölkələrilə dialoqa əzmkardır
    Zərif: İran bütün region ölkələrilə dialoqa əzmkardır

İranın xarici işlər naziri Tehranın bütün region ölkələrilə dialoqa əzmkar olduğunu bildirib və deyib ki, “Hörmüz sülhü” layihəsi məhz bu istiqamətdə təqdim olunubdur.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Tehranda Omanın xarici işlər naziri Yusif ben Ələvi ilə görüşdə Yəmən xüsusiyyət təşkil etməklə bölgədə gərginliklərin azaldılması vacibliyini vurğulayıb. O, əlavə edib: İran bölgədə gərginliyin azaldılması istiqamətində xoşməramlılıqla həyata keçirilən hər bir hərəkət və təşəbbüsü alqışlayır və ona kömək edəcəkdir.

Zərif həmçinin Omanın yaxşı və səmərəli roluna işarə edərək, Tehran-Maskat əlaqələrini əhatəli və çox yaxşı adlandırıb və bu əlaqələrin bütün sahələrdə daha da genişləndirilməsini alqışlayıb.

Omanın xarici işlər naziri Yusif ben Ələvi də bu görüşdə bölgənin şəraitinin daha çox dialoqa və anlaşmaya ehtiyaclı adlandırıb və belə deyib: Bu sahədə bütün maraqlı ölkələrin iştirakı ilə əhatəli bir konfransın keçirilməsi faydalı ola bilər.

Omanın xarici işlər naziri Yusif ben Ələvi İran rəsmilərilə görüş məqsədilə bu gün  Tehrana səfər edibdir.

 

Şərhlər