Dek 15, 2019 13:04 Asia/Baku
  • İnqilab Rəhbəri İslami Məzhəblərin Yaxınlaşdırılması Assambleyasının baş katibini təyn ediblər
    İnqilab Rəhbəri İslami Məzhəblərin Yaxınlaşdırılması Assambleyasının baş katibini təyn ediblər

İslam İnqilabının Böyük Rəhbəri bir hökmdə höccətulislam Həmid Şəhriyarini İslami Məzhəblərin Yaxınlaşdırılması Assambleyasının baş katibi təyn ediblər.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei İslami Məzhəblərin Yaxınlaşdırılması Assambleyasının yeni baş katibinin təynatı hökmündə ümidvarlıq ediblər ki, öncəki müdiriyyətlərin səylərinin davamında böyük nailiyyətlər əldə olunacaqdır.

Hökmdə deyilir: Əlhəmdulillah, bu gün bütün İslam dünyasında ilahi hidayətə maik aqillik/ elitaları, alimləri və xeyirxahları daha artıq məzhəbi düşmənçiliklər və fitnələr qarşısında müqavimətə təşviq edir və bu, müsəlmanlar arasında müharibə salmağa bel bağlayan, firqə yaratmağa üz tutan və əlhəmdulillah, bir neçə sınaqda böyük məğlubiyyətə uğrayan dünya imperializminin və küfrün siyasətlərinin tam şəkildə qarşı nöqtəsidir.

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: İslami Məzhəblərin Yaxınlaşdırılması Assambleyasından gözlənilir ki, İslam Dünyasının fikri və elmi qüvvələrində, xüsusən gənc və enerjili şəxslərdə mövcud olan islami aqilliyin sonsuz imkanlarından istifadə ilə, islami məzhəblərin fikri və elmi yaxınlaşmalarında iri addımlar ataraq, bir neçə on il bundan öncə başlanmış hərəkəti yeniləyəcək.

 

 

Şərhlər