Yan 22, 2020 18:59 Asia/Baku
  • Zərif Avropa üçlüyünün rəftarını tənqid edib
    Zərif Avropa üçlüyünün rəftarını tənqid edib

İranın xarici işlər naziri Avropa üçlüyünün nüvə anlaşması qarşısındakı rəftarını tənqid edib.

Məhəmməd Cavad Zərif Amerika prezidenti Donald Trampın Davosda keçirilən Dünya İqtisadi Forumundakı sözlərinə reaksiyada bu gün öz şəxsi tvitter səhifəsində yazıb: Avropa üçlüyü Trampın tariflərinin qarşısını almaq üçün ötən həftə nüvə anlaşmasının yerdə qalan hissəsini satarkən xəbərdarlıq edildi ki, bu məsələ yalnız Trampı daha da həris edəcək.

Zərif əlavə edib: Avropalılar tərəfindən hər cür əxlaqi və qanuni əsasın itirilməsindən və şərəfin satılmasından sonra tarif barədə digər bir təhdid irəli sürüldü.

İranın xarici işlər naziri vurğulayıb: Avropa Birliyi üçün yaxşı olardı ki, öz gücünü göstərmiş olsun. 

Zərif öz tvitinin altında "Vaşinqton Post" qəzetinin başlığını dərc edib: "Tramp Davosda Avropanı yeni tariflərlə hədələdi və Amerikanın qədim müttəfiqləri ilə ixtilafını daha da dərinləşdirdi".

Teqlər

Şərhlər