Yan 24, 2020 15:44 Asia/Baku
  • İranın əməliyyatı Amerikanın hərbi qüdrətini uçurub tökdü

Tehranın cümə namazı xitabətçisi deyib ki, İranın işğalçı Amerika ordusunun İraq ərazisindəki bazalarına qarşı raket hücumu ABŞ-ın hərbi qüdrətini uçurub tökdü.

Höccətulislam vəlmuslimin Seyyed Mohəmməd Həsən Əbutorabifərd Tehranın inqilabçı və müsəlman əhalisinin İslam İnqilabının Böyük Rəhbərinin imaməti ilə qılınan Tehranın ötənhəftəki cümə namazı mərasimindəki geniş iştirakına işarə edərək, deyib: İran xalqı bir daha bu mərasimdəki öz yaddaqalan iştirakı ilə İnqilab Rəhbəri ilə öz möhkəm bağlılığını nümayiş etdirdi və İmam(r.ə)-in və şəhidlərin yüksək amallarını fəryad etdi.

Tehranın cümə namazı xitabətçisi əlavə edib: İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant Qasem Soleymaninin amerikalı terrorçu hərbçilər tərəfindən şəhid edilməsi Amerikanın regiondakı qanunsuz iştirakına sonun başlanğıcıdır və hazırda Vaşinqtonun bölgədəki müttəfiqləri özlərini dağılmaq ərəfəsində görürlər.

Əbutorabifərd İraq xalqının Amerikanın ölkəsindəki iştirakına qarşı nifrət ifadə etmək üzrə bugünkü aksiyadakı milyonluq iştirakına toxunub. O, deyib ki, İraqın qəhrəman xalqı bu möhtəşəm yürüşlə ilahi bir gün yaratdı. Bu xalq regionun müsəlman xalqlarının kənarında “Amerikaya ölüm!” şüarı verdi.

Tehranın cümə namazı xitabətçisi həmçinin Amerikanın fitnələri ilə mübarizə üçün regionun müsəlman xalqlarının birliyinin vacibliyini vurğulayıb.

 

 

Şərhlər