Fev 21, 2020 20:05 Asia/Baku
  • İran xalqının seçkilərdə coşqu dolu iştirakı beynəlxalq aləmdə rezonans doğurub
    İran xalqının seçkilərdə coşqu dolu iştirakı beynəlxalq aləmdə rezonans doğurub

İran İslam respublikasın xalqının 11-ci İslam Şurası Məclisi və 5-ci çağırış Rəhbərlik Xübrəqanı Məclisinin ilk ara seçkilərində möhtəşəm iştirakı dünyanın müxtəlif medialarında geniş şəkildə əks olunub.

Frans 24 xəbər kanalı İranda parlament seçkilərinin başlanmasını elan edərək, ABŞ-ın sanksiyaları və bəzi şəhərlərdə koronavirusun yayılmasına dair xəbərlərə baxmayaraq, seçkilərin normal keçirilməsini bildirib.

CNN xəbər kanalının veb-saytı da İran seçkilərilə bağlı reportajının bir hissəsində ABŞ-İran münasibətlərindəki gərginliklərə toxunaraq, yazıb: "Ekspertlərin qənaətincə top ABŞ meydanındadır və bəlkə də Vaşinqton, İranla bağlı siyasətlərinə yenidən baxmalı olacaqdır".

Röyters Xəbər Agentliyi də bir reportajda deyib: "Bu dəfəki parlament seçkiləri Vaşinqtonun Nüvə proqramı ilə əlaqədar Tehran üzərində artan təzyiqləri ilə eyni zamanda keçirilir və böyük ehtimall İranda hökumətin güclənməsinə səbəb olacaqdır".

Əl-Cəzirə telekanalı da öz gündəlik verilişlərini kəsərək, İslam İnqilabının böyük rəhbəri Həzrət Ayətullahül-üzma Xameneyinin İmam Xomeyni (r.ə) adına Hüseyniyədə olaraq, İslam Şurası Məclisi və Rəhbərlik Xübrəqanı Məclisi seçkilərində səs verməsini birbaşa yayımladı.

"Associated Press"-in vizual yayım bölümü də İslam İnqilabının Böyük Rəhbərinin seçki məntəqəsinə  gəldiyi zaman o həzrətin səsvermədən sonra buyurduqlarını tam şəkildə yayımladı.

Fransanın beynəlxalq radiosu (RFİ) da bir reportajda bildirdi ki, İslam İnqilabının Böyük Rəhbəri seçkilərin ilk saatlarında səsini seçki qutusuna atandan sonra İran xalqının geniş iştirakını alqışlayıb.

Əl-Ərəbiyyə telekanalı da özünün Tehrandakı müxbiri Hazim Kəllas ilə canlı bağlantıda İranda keçirilən İslam Şurası Məclisinin seçkilərində yaşanan auranı müzakirə edib.

Hazim Kəllas deyib: "Səhər saatlarında Tehranın müxtəlif məntəqələrinə baş çəkdik və müşahidələrimiz onu göstərirdi ki, seçki məntəqələrinin qapıları açılmamış insanlar səs vermək üçün bu məntəqələrə axın edib.

Əl-Məsirə, Əl-İtticah, Əl-Məyadin, Əl-Minar və Fələstin Əl-Youm   telekanalları da İran boyu keçirilən parlament seçkilərini birbaşa işıqlandıraraq, insanların ilk anlarda seçki məntəqələrində iştirakını coşqulu vəsf ediblər.

 

Teqlər

Şərhlər