Mart 26, 2020 15:47 Asia/Baku
  • Amerikalıların İran xalqına yardım barədəki sözləri yalandır
    Amerikalıların İran xalqına yardım barədəki sözləri yalandır

Sepah-ın baş komandanı amerikalıların İran xalqına yardım barədəki sözlərini yalan və aldatma adlandırıb və bildirib ki, İranın onların köməyinə ehtiyacı yoxdur.

General-mayor pasdar Hoseyn Səlami bu gün Tehranda sağlamlıq müdafiəçiləri şəhidlərinin xatirəsinə keçirilən mühit təmizləmə və bioloji müdafiə üzrə ümumölkə manevrinin kənarında müxbirlər qarşısında əlavə edib: Amerika başçıları həmişə İran xalqının düşmənləridirlər.

General Səlami bildirib ki, Amerika prezidenti İran xalqını terrorçu adlandırıb və onu beynəlxalq səviyyəli sanksiyalar və təhdidlərin təzyiqi altında qoyubdur. O, deyib: Amerika başçıları İran xalqını məişət problemlərinə düçar etməyə çalışdılar, lakin uğursuz qaldılar.

Sepah-ın baş komandanı sonra belə qeyd edib: Əgər Amerika xalqının yardıma ehtiyacı olarsa, İran ona yardım etməyə hazırdır.

AMERİKANLARIN İRAN XALQINA YARDIM HAQDAKI SÖZLƏRİ YALANDIR

Teqlər

Şərhlər