Mart 26, 2020 19:32 Asia/Baku
  • Levinson çoxdan İran ərazisini tərk edib
    Levinson çoxdan İran ərazisini tərk edib

İran Xarici İşlər Nazirliyinin sözçüsü, Robert Levinsonun ölüm xəbərinə reaksiyada deyib ki, Levinson çoxdan İran ərazisini naməlum istiqamətə tərk edib.

Robert Levinson 2007-ci ildə Amerika Federal Təhqiqat Bürosu- FTB-nin  mütəşəkkil cinayətlərlə mübarizə bölməsinin təqaüddə olan işçisi çətiri altında İranda məlumat toplamaqla məşğul olarkən itkin düşdü. 

Assoşieyted-Press 2013-cü ilin dekabrında xəbər verdi ki, Levinson təsdiq olunmamış bir layihədə Amerika Mərkəzi Kəşfiyyat İdarəsi- MKİ üçün işləyirmiş.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyyed Əbbas Mousəvi Levinsonun ailəsinin kədəri ilə bölüşərək, vurğulayıb: Mötəbər sənədlərə əsasən, adı hallanan şəxs neçə il bundan öncə İran ərazisini naməlum istiqamətə tərk edib və Amerikanın ozamankı dövlət katibi də bu reallığı etiraf edibdir.

Mousəvi sonra söyləyib: Tehran İranı tərk edəndən sonra Levinsonun dəqiq taleyi haqda faktlar əldə etmək üçün son illər ərzində maksimum səyini göstərib, lakin onun salamat olması haqda heç bir əlamət əldə etməyibdir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü söyləyib: Əgər Amerika üçün Levinsonun ölümü qətiləşibdirsə, onun ailəsinin emosiyalarından sui-istifadəyə səy göstərmədən və siyasi cəhətdən bəhrələnmədən bu məsələni elan edə bilər.

LEVİNSON ÇOXDAN İRANI TƏRK EDİB

Şərhlər