Apr 05, 2020 17:32 Asia/Baku
  • AEBA casusluq təşkilatlarının aləti olmamalıdır
    AEBA casusluq təşkilatlarının aləti olmamalıdır

İranın Atom Enerjisi Təşkilatının sədri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin izlədiyi sionist rejim tərəfindən irəli sürülən anti-İran iddialar barədə deyib ki, agentlik rejimlər və ölkələrin casusluq xidmətləri üçün təkmilləşdirici bir vasitəyə çevrilməməlidir.

Sionist rejim başçıları dəfələrlə İranı gizli nüvə fəaliyyətləri göstərməkdə ittiham ediblər.

İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi sonra deyib: Atom Enerjisi üzrə Beynəlxalq Agentlik bu hərəkətlə özünün müstəqil nəzarət rolunu şübhə altına alaraq, hüquqi əsaslara əməl etmir.

Salehi söyləyib: Atom Enerjisi üzrə Beynəlxalq Agentlik bu kimi məlumatların yoxlanılması yolu ilə beynəlxalq münasibətlərə hakim kəsilmiş hüquqları və digər ölkələrin suverenliklərini pozan casusluq hərəkətlərini təsdiq etməməlidir.

İranın Atom Enerjisi Təşkilatının sədri vurğulayıb ki, ölkədə nüvə fəaliyyətləri məhdudiyyət olmadan həyata keçməkdədir. O, deyib: Beşli addımlar indiyədək daha çox texniki fəaliyyətlərə nəzarətçi olub və öhdəliklərin azaldılmasının davam etməsilə əlavə protokolun, eləcə də NPT-nin icrasının yenidən nəzərdən keçirilməsi kimi hüquqi cəhətlərə də nəzər salmaq olar.

AEBA AGENTLƏRİN ALƏTİ OLMAMALIDIR

Şərhlər