May 17, 2020 15:37 Asia/Baku

Hüseyn Əmir Abdullahiyan Bəşər Əsədin hakimiyyəətdən uzaqlaşdırması ilə bağlı iddialara son qoydu.

İran parlamenti sədrinin müşaviri Hüseyn Əmir Abdullahiyan İranın Rusiya ilə Suriya Prezidenti Bəşər Əsədi hakimiyyəətdən uzaqlaşdırmaqla bağlı razılaşdığına dair iddialara cavab verib.

SəhərAzəri-nin verdiyi məlumata görə, Hüseyn Amir Abdullahiyan sözügedən iddiaları təkzib edib.

"Bəşər Əsəd Suriyanın qanuni prezidenti və ərəb dünyasının terrorizmlə mübarizədə ən böyük lideridir", - deyə Hüseyn Əmir Abdullahiyan qeyd edib.

Əmir Abdullahiyanın sözlərinə görə, rəsmi Tehran Suriyanın suverenliyini, milli birliyini və ərazi bütövlüyünü dəstəkləyir.

Teqlər

Şərhlər