Avq 03, 2020 22:08 Asia/Baku
  • Zərif: Böyük dövlətlərin yanlış hesblamaları dünya üçün faciələrə səbəb olur

İran xarici işlər naziri: Böyük qüdrətlərin səhvə yol verməsinin başlıca səbəbi yanlış hesablamalar və yanlış yozmalardır.

Səhər Azəri bildirir ki, İran İslam Respublikasının xarici işlər naziri Dünya Araşdırmaları İnstitutunda etdiyi çıxışda deyib: Super güclər, böyük dövlətlər və regional güclərin səhvə yol verməsinin başlıca səbəbi yanlış hesablamalar və yanlış yozmalardır. Yeni dünya quruluşuna nail olmaq istəyənlər dəhşətli səhvlərə yol veriblər. Ola bilsin yaxın gələcəkdə yeni qanunları olan yeni dünya quruluşu formalaşmasın. Yeni dünya quruluşunun formalaşmasında super güclərin yol verdiyi səhvlər digər dövlətlərin səhvləri ilə müqayisədə faciədir. 

Zərif daha sonra deyib: Keçid dövrünün başlıca ehtiyacı "zaman"dır. Bu dövr uzun sürməlidir və əlbəttə ki, çaxnaşmalı olacaqdır. 

İranın xarici işlər naziri çıxışının davamında bu gün təhlükəsizlik məsələsinin də qlobal olduğuna diqqət çəkib: Bu gün bir nəfərin təhlükə ilə üzləşməsi sonda hər kəsin təhlükə ilə üzləşməsinə səbəb ola bilər. 

Zərif əlavə edib: Bu gün dünyada müharibələrin qalibi var? Ümumiyyətlə müharibədə qalib gəlmək nədir? Müharibədə bir tərəf digərindən daha az zərər çəkir. Amma, kimin daha az zərər çəkdiyini ölçmək üçün hansısa meyar yoxdur. ABŞ Yaxın Şərqdə savaşa trilyonlarla dollar sərf etdi. Məgər bu savaşda qələbə çaldı?

İnsanların seçim etməli olduğunu deyən zərif bildirib: Artıq bir tərəfin qazanc əldə etdiyi, digər tərəfin isə zərərlə çıxdığı dövran başa çatıb. Soyuq müharibə dövrünün düşüncəsi bir tərəfin qazanc əldə etməsi, digər tərəfin isə ziyanla çıxmasıdır. Keçmiş dünya quruluşu ədalətli olmayıb. Yeni quruluşun daha ədalətli olacağını da bilmirik. Lakin, bilirik ki, köhnə quruluşun dağılmasının ardınca yeni quruluşun yaradılması istiqamətində atılan tələsik və düşünülməmiş addımlar faciələrə səbəb olub. Çünki, bir tərəfin qazanması, digər tərəfin isə zərərlə çıxması təfəkkürünə malik olub. 

İranın xarici işlər naziri sonda deyib: Biz bu təfəkkürdən xilas olmalı və müsbətə doğru hərəkət etməliyik. Bu mümkündür. Əgər biz başqasının zərəri hesabına nəsə əldə etməyə çalışsaq, heç nəyə nail ola bilməyəcəyik. 

Teqlər

Şərhlər