Avq 06, 2020 19:05 Asia/Baku
  • Zərif:

İranın xarici işlər naziri II Dünya Müharibəsi zamanı ABŞ tərəfindən Hiroşimaya atom bombasının atılmasının ildünümündə dünyanın atom kabusuna son qoyulmasını çağırıb.

SəhərAzəri xəbər verir, İranın xarici işlər naziri bu gün ABŞ-ın İkinci Dünya Müharibəsinin son günlərində Yaponiyanın Hirosima şəhərinə etdiyi nüvə hücumunun 75-ci ildönümündə öz Tvitter səhifəsində yazıb: "75 il əvvəl belə bir gündə ABŞ günahsız insanlara qarşı ilk atom bombası istifadəçisi damğasını aldı.

Sionist rejimin Qərbi Asiyada ən çox nüvə silahına sahib ölkə olmasına toxunan Zərif,  ABŞ və bu rejimin nüvə silahlarının region üçün təhdid təşkil etdiyini vurğulayıb.

İranın xarici işlər naziri sonda dünyanı nüvə silahlarının istehsalı və saxlamasından çəkinməyə çağırıb və deyib ki, nüvə kabusu və "tərəflərin qəti məhvi" doktrinasının sona çatdırılması çoxdandır təxirə salınıb.

Teqlər

Şərhlər