Avq 09, 2020 18:42 Asia/Baku
  • İranda 284 min nəfərdən çox koronavirus xəstəsi sağalıb

İranın səhiyyə nazirliyinin sözçüsü ölkədə 284 min nəfərdən çox COVID-19 xəstəsinin sağalmasından xəbər verib.

Sahar Azari bildirir ki, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində ölkədə iki min iyirmi yeni koronavirus xəstəsi aşkar edilib . 961 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.

Lari bildirib ki, İranda koronavirusa yoluxanların ümumi sayı 326 min 712 nəfərə çatıbdır. O, həmçinin ötən sutka ərzində 163 xəstənin vəfat etməsinə işarə edib. Deyib ki, İranda koronavirusdan ölənlərin ümumi sayı on səkkiz min 427 nəfərə çatıbdır.

İranın səhiyyə nazirliyi sözçüsünün dediyinə görə, indiyədək 284 min 371 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

Teqlər

Şərhlər