Avq 25, 2020 03:25 Asia/Baku
  • AEBA-nın baş direktoru Tehrana daxil olub

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru və onu müşayiət edən nümayəndə heyti İran İslam Respublikasının rəsmiləri ilə görüşmək üçün dünən gecə Tehrana daxil olub.

SəhərAzəri xəbər verir, bu, AEBA-nın baş direktoru olaraq, argentinalı diplomat Rafael Qrossinin İrana ilk rəsmi səfəridir.

Onun bu səfərdən məqsədi nüvə materialının mühafizəsi razılaşması ilə bağlı suallara cavab almaqdır. Bu elə bir haldadır ki, İran İslam Respublikası həmişə ikitərəfli əməkdaşlıqlar çərçivəsində Agentliklə geniş qarşılıqlı əlaqələrə malik olub və ABŞ-ın İrana qarşı yeni təzyiqlər göstərmək cəhdləri onun daha da təcrid olunmasına səbəb olubdur.

Rafael Qrossi çərşənbə axşamı günü İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi ilə görüşəcək.

Teqlər

Şərhlər