Sen 15, 2020 19:50 Asia/Baku
  • Musəvi:

İranın Azərbaycan Respublikasındakı səfiri deyib ki, İran və Azərbaycan arasında yaxın münasibətlərin çoxlu düşməni var.

SəhərAzəri xəbər verir, bu barədə İranın Azərbaycan respublikasındakı yeni səfiri Seyid Abbas Musəvi açıqlama verib.
"İki ölkə arasında münasibət bir gecədə yaranmayıb ki, şayiələrə görə də zədələnsin. Biz Ermənistanla da adi qonşuluq münasibətlərinə malikik. İran heç bir vəchlə icazə verməz ki, qonşu, dost, müsəlman Azərbaycan Respublikasının əleyhinə hansısa hərəkət yürüdülsün", - deyə İran səfiri qeyd edib.
Seyid Abbas Musəvi eyni zamanda İranda olarkən Iranın üzərindən Ermənistana silah daşınması məsələsini araşdırdığını da qeyd edib: "Mən İranda olarkən bunu araşdırdım. Mən ölkəmizin yüksəkrütbəli məmurları ilə danışdım. İran ərazisindən Ermənistana hər hansı silah və texnikanın daşınmasını qətiyyətlə təkzib edirik".

Teqlər

Şərhlər