Sen 16, 2020 17:45 Asia/Baku
  • Avropa üçlüyü nüvə anlaşmasının qorunmasını vurğulayıb

Avropa üçlüyü MAQATE-nin Direktorlar Şurasının iclasında bir bəyanat yayaraq, nüvə anlaşmasının qorunmasını vurğulayıb.

SəhərAzəri xəbər verir, Üçlük eyni zamanda İrana qarşı bəzi ittihamları təkrar edibdir.

İranın nüvə proqramına nəzarət və faktaraşdırıcılıq barədə olan bu bəyanatda Fransa, Almaniya və İngiltərə/ son hesabatına görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə təşəkkür edərək, nüvə anlaşmasının qorunması və tam şəkildə icrası üzrə ardıcıl öhdəliklərinə təkid ediblər.

Avropa üçlüyü Amerikanın nüvə anlaşmasından çıxmasını təəssüfləndirici hal kimi qeyd edib. Bildirib ki, bu üç ölkənin 2231 saylı qətnamə barədəki mövqeyi öz qüvvəsində qalmaqda davam edir.

Fransa, Almaniya və İngiltərə bəyanatın davamında nüvə anlaşmasının maddələrinə zidd olan Qərbin İrana qarşı təzyiqini nəzərə almadan İran İslam Respublikasının nüvə anlaşmasındakı öhdəliklərinin azaldılması üzrə beşinci və yekun addımından narahat olduqlarını bildiriblər.

Teqlər

Şərhlər