Sen 17, 2020 14:13 Asia/Baku

İran İslam Şurası Məclisinin sədri bəzi ərəb ölkələrinin sionist rejimlə münasibətləri normallaşdırmasını qınayaraq, deyib: "Bu gündən etibarən regionun satqın hökmdarları sionist rejimin keçmişdən bu günə qədər bütün cinəayətlərinin örtağıdırlar".

SəhərAzəri xəbər verir, İran İslam Şurası Məclisin sədri Məhəmməd Baqir Qalibaf bu gün bir bəyanatda regionin bəzi ərəb hökmdarlarının Fələstin amalına xəyanət etməsinə reaksiyada deyib: "Regionda, televiziya və seçki nümayişlərində baş verənlər dünya xalqları xüsusilə müsəlman ümməti, ərəb gəncləri və məzlum Fələstin xalqı üçün yeni bir məsələ deyil; regionun bir çox hökumətləri illərdir ki, zalım sionistlərin qana bulanmış əllərini maraqla öpürlər və Fələstinin məzlum xalqının əziyyət çəkmiş və kədərli üzünü cırmaqlayırlar".

Qalibaf İslam İnqilabının böyük rəhbərinin "Fələstin xalqı olmadan heç bir həll yolu olmayacağına dair açıqlamalarına toxunaraq, vurğulayıb: "Fələstin müsəlman gənclərin damarlarında axan qandır; Fələstin İslam dünyasının bir parçasıdır; Fələstin bütün regionun ərəb gənclərinin şərəfi və qeyrətidir və Fələstinə zülm edənlər İslam, qeyrət və insaniyyətdən bəhrəsizdirlər". 

Teqlər

Şərhlər