Sen 17, 2020 20:20 Asia/Baku

İranın xarici işlər naziri deyib: "İlk prioriteti İsrail rejimi olanlar təkcə regionu məhv etməyiblər, həmdə səs qazanmaq üçün öz xalqlarına xəyanət ediblər"

SəhərAzəri xəbər verir, İranın xarici işlər naziri Məhəmməd Cavad zərif, körəkənini İsrail üçün fövqəladə bir lider adlandıran və ABŞ-ın Yaxın Şərqdəki varlığının yalnız İsrailin xeyrinə olduğunu deyən ABŞ Prezidenti Donald Trampın sözlərinə reaksiya olaraq, bit tvittdə yazıb: "Trampın bu sözləri ailəsinin həqiqətən haraya sadiq olduğunu göstərir".

Zərif əlavə edib: "Trampın bu sözləri göstərir ki, niyə ABŞ-xalqının yeddi trilyon dollarlıq vergi pulu və bir çox amrikalının həyatı qurban verilib".

Tramp çərşənbə günü ABŞ-ın yəhudi icmasının rəhbərləri ilə telefon danışığı zamanı, həmçinin ABŞ-ın sionist rejimin baş nazirinin istəyi əsasında nüvə anlaşmasından çıxdığına toxunub və noyabr seçkilərində daha çox Amerika yəhudilərinin ona səs verməsini istəyib.

Teqlər

Şərhlər