Sen 23, 2020 10:59 Asia/Baku
  • Bu gün dünya xalqlarının zorakılıq və quldurluğa «yox!» demələrinin zamanıdır

"Amerika nə müzakirəni, nə də ki, müharibəni qəbul etdirə bilməz"

Səhər Azəri xəbər verir ki, bunu İran prezidenti BMT Baş Assambleyasının 75-ci sesiyasında deyib.

Həsən Ruhani vurğulayıb ki, bu gün dünya xalqlarının zorakılıq və qolçomaqlığa «yox!» demələrinin zamanıdır.

İran İslam Respublikasının prezidenti Tehran vaxtı ilə çərşənbə axşamı günü gecə BMT Baş Assambleyasının 75-ci sessiyasında videoformatda etdiyi çıxışında bildirib ki, hökmranlıq və hegemonçuluq dövrü başa çatıb. O, deyib : Təhlükəsizlik Şurası tərəfindən Amerikanın bu şuradan və 2231 saylı qətnamədən qanunsuz və bir vasitə kimi istifadə etməsinə iki dəfə qətiyyətli «yox!» deyilməsi, Qərbdənsonrakı dünyada beynəlxalq sistemin keçid dövründə hegemonçuluq iddiasında olan bir rejimin, özünün düzəltdiyi belə bir təcridə çökməsi qarşısında İran üçün qətiyyətli bir qələbədir.

Ruhani söyləyib: Sanksiya ilə yaşamaq çətindir, amma ondan ən çətini, istiqlaliyyətin olmadığı bir şəraitdə yaşamaqdır. O, qeyd edib ki, İran Qərbi Asiyada ən qədim bir demokratiya kimi öz demokratiyası ilə qürur duyur.

İran prezidenti bildirib ki, bəziləri insan haqlarından danışırlar, lakin maksimum təzyiq ilə bütün iranlıların məişəti, sağlamlığı və hətta yaşamaq haqqını hədəfə alıblar. O, sonra deyib: Özü və əlaltıları Fələstin, Əfqanıstan, Yəmən, Suriya, İraq, Livan, Liviya, Sudan və Somalidə mövcud olan hər bir müharibə, işğal və təcavüzdə birbaşa şəkildə muharibə qızışdırmaqla məşğuldurlar, lakin region xalqlarının iradəsi qarşısındakı qəti məğlubiyyətlərində İranın məsuliyyət daşıdığını bildirirlər.

Ruhani həmçinin dialoq çağırışçısı kimi, həmçinin ifratçılıq və işğal ilə mübarizə, sülh və sabitlik mehvəri kimi İslami İranın parlaq keçmişindən hissələri sadalayaraq, belə qeyd edib: Bəziləri iddia ediblər ki, Səddam ilə mübarizə üçün bölgəyə gəliblər, halbuki onların özləri bu qorxunc varlığı İrana qarşı icbar müharibədə gücləndirdilər və hazırda da terrorizm və İŞİD ilə mübarizədən dəm vururlar ki, özləri onu yaradıblar və özlərinin bu cinayəti üçün region xalqlarına tələbkar kimi də yanaşırlar.

İran İslam Respublikasının prezidenti Qərbi Asiyaya yüz milyardlarla dollar silah satışına və bu bölgənin barıt anbarına çevrilməsinə işarə ilə, deyib: Amerikalılar yalandan İranı nüvə silahı düzəltməyə səy göstərməkdə ittiham edirlər, halbuki bəşəriyyət tarixində nüvə silahından istifadə cinayətini təkcə öz adlarına qeydə aldırıblar və Qərbi Asiya bölgəsində nüvə silahına malik olan yeganə rejim, onların marionetidir.

BU GÜN ZORAKILIQ VƏ QULDURLUĞA «YOX!» DEMƏYİN ZAMANIDIR

Teqlər

Şərhlər