Sen 25, 2020 12:56 Asia/Baku
  • Məcid Təxt Rəvançi: Səudiyyə kralının ittihamları əsassızdır

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi səud kralının İran barədəki son sayıqlamalarına qətiyyətli cavab verib.

Səhər Azəri xəbər verir ki, BMT Baş Assambleyasının sessiyasındakı çıxışında səud kralı tərəfindən bəzi ittihamların irəli sürülməsinin ardınca İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Məcid Təxte Rəvançi Ərəbistan kralının ittihamlarını əsassız adlandırıb və onları qətiyyətlə rədd edib.

İran nümayəndəsi deyib: Ərəbistan tam acizliklə başqalarına ittiham vurmaqla zehinləri terrorizmi geniş şəkildə himayə üzrə öz qaranlıq və uzun keçmişindən, ekstremist etiqadlar, təfriqə və küdurət yaymasından, regionda səbatsızlıq yaradan hərəkətlərindən və ötən altı ildə Yəmənə qarşı təcavüzündən yayındırmağa çalışır.

Təxte-Rəvançi söyləyib: Bu məsələ tamamilə sübut edilibdir ki, Ərəbistan regionda səbatsızlıq mənbəyi kimi İraq diktatorunun İrana qarşı səkkiz illik təcavüzündə Səddamın əsas maliyyə himayədarı idi. Həmin müddətdə Səddam saysız-hesabsız cinayətlər törətdi ki, onlardan biri, İran və İraq vətəndaşlarına və şəhərlərinə qarşı kimyəvi silahdan istifadə idi.

Təxte-Rəvançi sonra vurğulayıb: Həmçinin bu gün artıq tamamilə aşkar olubdur ki, Ərəbistanın vəhhabi ideologiyası İŞİD və Əlqaidə kimi ən təhlükəli terror qruplarının başlıca ilhamvericisi olubdur və bu ölkə də öz neft dollarları ilə həmin qrupların ən əsas maliyyə himayədarı hesab edilir.

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi sonra deyib: Ərəbistanın regional səbatsızlaşdırıcı hərəkətlərindən digər bir bariz nümunə, onun Yəmənə qarşı təcavüzdə son altı ildəki qırğın törətməsi və qəddarlığıdır. Onun nəticəsi, uşaqlar və qadınların qırğın edilmələrindən, evlər, məscidlər, məktəblər, xəstəxanalar və hətta yas və toy mərasimlərinin hədəfə alınmalarından savayı bir şey deyildir.

O, söyləyib: Yəmənli uşaqlar barədəki bu cinayətlər o qədər rəhmsicəsinə olubdur ki, BMT Ərəbistanının adını dünyada uşaq qatilləri siyahısının önündə qərar verdi. Hərçənd sonralar tamamilə məlum olan dəlillərə görə, bu ölkənin adı həmin sıyahıdan çıxarıldı.

Teqlər

Şərhlər