Okt 21, 2020 15:08 Asia/Baku
  • «Vilayət səmasının müdafiəçiləri-99» manevri başlanıb

«Vilayət səmasının müdafiəçiləri-99» birgə ixtisaslaşdırılmış manevri «Ya, Rəsulallah!» rəmzi ilə başlanıb.

SəhərAzəri xəbər verir, Bu manevr yerli raket, radar, kəşfiyyat, elektron müharibə, rabitə və video gözətçilik sistemlərinin genişləndirilməsi və yerləşdirilməsilə başlanıbdır.

«Vilayət səmasının müdafiəçiləri-99» birgə ixtisaslaşdırılmış manevrinin bu gün səhərdən başlandığını bildirən manevrin sözçüsü briqada generalı Abbas Fərəcpur manevrin şüarını «Hava hücumundan müdafiənin qüdrəti sayəsində təhlükəsiz səma», əsas məqsədini isə, ölkənin hava hücumundan müdafiə qərargahının əməliyyat planlaşdırması və istiqamətləndirməsi altında və vahid zenti raket sistemi formasında hər cür hava təhdidi qarşısında təsirli və sıx hava müdafiəsinin gücləndirilməsi üçün İran silahlı qüvvələrinin zenit-raket əməliyyatlarının istiqamətləndirilməsi və koordinasiyası adlandırıb.

General Fərəcpur deyib: Bu birgə manevrdə Sepah və ordu zabitləri müştərək regional əməliyyat komandanlığı mərkəzlərində çiyin-çiyinə real döyüş səhnəsi və hava təhdidlərilə mübarizəni ölkənin hava hücumundan müdafiə qərargahının əməliyyat nəzarəti və istiqamətləndirməsi, həmçinin Həzrət Xatəmulənbiya(s.ə.s.) mərkəzi qərargahının nəzarətçiləri və ekspertlərinin birbaşa nəzarəti altında məşq ediləcəklər.

Teqlər

Şərhlər