Okt 28, 2020 23:48 Asia/Baku
  • Ali Məqamlı Rəhbər Fransa gənclərinə müraciət ünvanlayıblar

İslam İnqilabının Böyük Rəhbəri Fransa prezidentinin əziz İsam peyğəmbərinə (s.ə.s) qarşı hörmətsizliyi fonunda bu ölkənin gənclərinə xitabən bir müraciət ünvanlayıblar.

SəhərAzəri xəbər verir, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahulüzma Xamenei sosial şəbəkələrdə fransız dilində yayılan, Fransa gənclərinə xitabən ünvanladığı müraciətdə buyurublar: "Prezidentinizdən soruşun niyə ilahi peyğımbərinə edilən hörmətsizliyi dəstəkləyir və onun ifadə azadlığı kimi dəyərləndirir? İfadə azadlığı budurmu? nalayiq ifadələr və hörmətsizlik, özüdə müqəddəs və nurlu simalara qarşı? Bu axmaqcasına hərəkət onu prezidentliyə seçən xalqın şüuruna hörmətsizlik deyilmi"? 

"Digər bir sual budur; Niyə Holokosta şübhə ilə yanaşmaq cinayət sayılır və bu haqda bir şey yazanlar həbs edilməlidirlər, Lakin Peyğəmbərə hörmətsizlik azaddır", - deyə İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər.

Bu yaxınlarda Fransanın Şarli Ebdo nəşri İslam Peyğəmbəri (s.ə.s) haqqında təhqiramiz karikaturaları bir daha nəşr edib.

Fransa prezidenti Emmanuel Makron da diplomatik normaları və demokratiya prinsiplərinə zidd olan bir açıqlamada, ölkəsinin İslam peyğəmbərinə qarşı təhqiramiz təsvirləri davamlı nəşr edəcəyini söyləyib.

Bir çox İslam və ərəb ölkələri də Fransada əziz İslam peyğəmbəri (s) haqqında təhqiramiz karikaturaların nəşr edilməsi və Makronun onu dəstəkləməsinə etiraz olraq, aksiya keçirərək və xalq hərəkatlarına başlayaraq, Fransa mallarını boykot etməyə çağırıb, öz hiddət və narahatlıqlarını nümayiş etdiriblər.

Teqlər

Şərhlər