Noy 20, 2020 14:59 Asia/Baku
  • İran ilə Azərbaycan Respublikası arasındakı tranzit marşurutları genişləndirilməlidir

İranın Azərbaycan Respublikasındakı səfiri bu ölkə ilə malların tranziti marşurutlarının genişləndirilməsi vacibliyini vurğulayıb.

 SəhərAzəri İRNA-ya istinadla xəbər verir ki, İranın Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi dünən Bakının Hövsan beynəlxalq limanına baxış keçirdikdən sonra öz Tvitter səhifəsində yazıb: "İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında tranzit yollarının şaxələndirilməsi perspektivi ümidvericidir".

Musəvi İran gəmilərinin bu limandakı fəaliyyətinə toxunaraq, əlavə edib: "Ro-Ro tipli gəmilərdən istifadə bu gün və sabahın tələbidir".

Qeyd edək ki, Bakı Hövsan Beynəlxalq Limanı Azərbaycan Respublikasının Xəzər dənizində 1956-cı ildən bəri fəaliyyət göstərən ən böyük limanlarından biridir və onun vasitəsilə neft və neft məhsulları, tikinti materialları, kənd təsərrüfatı məhsulları və digər mallar nəql edilir.

Teqlər

Şərhlər