Sen 12, 2017 16:38 Asia/Baku
  • 151 azərbaycanlı terrorçulara qoşulduğu üçün vətəndaşlıqdan çıxarıldı
    151 azərbaycanlı terrorçulara qoşulduğu üçün vətəndaşlıqdan çıxarıldı

151 azərbaycanlı terrorçu qruplara qoşulduqları üçün vətəndaşlıqdan məhrum edilib.

İRİB-nin yerli mənbələrə istinadla verdiyi məlumata görə, Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəis müavini İlqar Musayev Ağdam rayonunun Quzanlı qəsəbəsində Azərbaycanın işğal olunmuş və cəbhəyanı rayonlarının gənclərinin "Vətəni müdafiəyə daim hazırıq" adlı forumunda bildirib. 

O qeyd edib ki, bunlara xüsusən son illərdə geniş vüsət almış dini radikallaşma meyllərinin güclənməsi, dini pərdə altında terrorçu və ekstremist fəaliyyətin yayılması kimi faktorlar da aiddir: “Təəssüf ki, əksəriyyəti gənclər olan bəzi Azərbaycan vətəndaşları da radikal və ekstremist təbliğatın təsiri altında Suriya və İraqda fəaliyyət göstərən terrorçu təşkilatlara qoşulublar. Məlumatlara görə, onların çoxu döyüşlər zamanı öldürülüb. Terrorçu təşkilatlara qoşulmuş 82 nəfər Azərbaycana qayıtdıqdan sonra cinayət məsuliyyətinə cəlb olunub. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna əsasən, terrorçu təşkilatların tərkibində döyüşdüklərinə görə son bir ildə 151 nəfər ölkə vətəndaşlığından məhrum edilib”.