Azərbaycan prezidenti Nato ilə əməkdaşlıqların genişləndirilməsini vurğuladı
Azərbaycan Respublikası prezidenti cümə axşamı Şimali Atlantika Alyansı NATO-nun Parlament Assambleyasının sədri ilə görüşdə Bakı-NATO əlaqələrinin genişləndirilməsinə təkid edib.
Azərtac-ın məlumatına görə, İlham Əliyev NATO-nun Parlament Assambleyasının sədri Paulo Eli ilə görüşdə Azərbaycan və NATO əlaqələrinin uğurla inkişaf etdiyinə işarə edərək, NATO-nun Parlament Assambleyasının İqtisadiyyat və Təhlükəsizlik Komitəsinin iclasının Bakıda keçirilməsini ikitərəfli əlaqələrin genişləndirilməsi üçün təsirli adlandırıb.
Əliyev ötən il Brüsselə olan səfərinə və NATO-nun baş katibi ilə görüşünə işarə edərək, deyib: Azərbaycanın NATO ilə əməkdaşlıqları müxtəlif sahələri əhatə edir.
Azərbaycan prezidenti ölkəsinin Əfqanıstanda beynəlxalq sülhü mühafizə əməliyyatında iştirakına və bu ölkədəki hərbçilərinin sayını artırmasına işarə edərək, deyib: Bütün bu addımlar NATO tərəfindən yüksək qiymətləndirilib.
NATO-nun Parlament Assambleyasının sədri də Azərbaycan prezidenti ilə görüşdən razılıq edərək, regional təhlükəsizlik məsələləri ilə bağlı NATO-nun Azərbaycan ilə əməkdaşlıqları artırmaqda maraqlı olduğunu bildirib.