Okt 09, 2018 16:28 Asia/Baku
  • İranın regional iqtisadi inkişafı artır
    İranın regional iqtisadi inkişafı artır

İran İslam Respublikası Dəmiryolu Şirkətinin icraçı direktoru deyib: Şimal Cənub koridorunun əsas marşrutu hesab olunan Qəzvin-Rəşt-Astara-Astara dəmiryolu xəttinin istifadəyə verilməsindən sonra bu marşrutdan daşınacaq yüklərin həcmi 25 milyon ton olacaq.

İRİB-in Bakı ofisinin verdiyi məlumata görə, Səid Məhəmmədzadə Azərbaycan Respublikasının Azərtac xəbər agentliyi ilə müsahibəsində deyib: İran qarşıdakı 4 il ərzində ölkənin dəmiryolunun inkişafı üçün 5 milyard dollar sərmayə qoyacaq. 

O deyib: Avropa Birlyinə üzv ölkələr İrana 11 milyard dollarlıq ixracata malik olublar və İran da bu ölkələrə 10 milyard dollarlıq ixracat həyata keçirib bu rəqəm ötən illərdəki ilə müqayisədə artımı göstərir və gələcəkdə daha da artacaqdır.