Okt 11, 2018 18:53 Asia/Baku
  • İran-Azərbaycan R. ticarət mübadilələri həcmi artıb

İranın Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesi ötən altı ayda iki ölkənin ticarət mübadilələrinin artımından xəbər verir.

İranın Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesi Mohəmməd Ebrahim Təqizade deyib: Ötən altı ayda İrandan Azərbaycan Respublikasına 170 milyon dollardan yuxarı əmtəə malı ixrac olunub və əvəzində bu ölkədən İrana otuz milyon dollarlıq əmtəə malı idxal olunubdur.

İranın Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesi əlavə edib: Neft-kimya məhsulları, avtomobil detalları, xurma, kafel, keramika, şirniyyat və konfet, plastik məhsullar, qablaşdırma kulokları, mətbəx ləvazimatı, daş, şüşə və kartof İrandan Azərbaycan Respublikasına ixrac olunan məhsullardandır.

İran İslam Respublikası Azərbaycan Respublikası ilə Poldəşt, Culfa, Biləsuvar və Astara kimi dörd sərhəd keçidinə malikdir ki, bu keçidlər iki ölkənin iqtisadi və turizm inkişafında mühüm rol oynayır.