Yan 08, 2019 15:38 Asia/Baku
  • Siyasi Məhbusların Azadlıq İttifaqı, Azərbaycan Ziyalılar Birliyi və “ İslamçı məhbusların Müdafiə Komitəsi”nin bəyanati
    Siyasi Məhbusların Azadlıq İttifaqı, Azərbaycan Ziyalılar Birliyi və “ İslamçı məhbusların Müdafiə Komitəsi”nin bəyanati

Siyasi Məhbusların Azadlıq İttifaqı, Azərbaycan Ziyalılar Birliyi və “ İslamçı məhbusların Müdafiə Komitəsi” bir bəyanat yayaraq, dindar kəsimə qarşı təzyiqlərin artmasından nigaranlıq edərək, siyasi məhbusların azad olunmasını istəyiblər.

Bəyanatda deyilir: "Son zamanlar ölkənin dini kəsiminə qarşı nümayiş etdirilən çeşidli haqsızlıq və repressiyalar bütün mümkün hədləri aşıbdır. Yola saldığımız 2018-ci ildə məhkəmələr tərəfindən inanclı insanlara, ortalama, 600 ildən artıq iş kəsilməsi sağlam məntiqə sığmayan acı bir faktdır və bu, şübhəsiz ki, vəziyyətin kritik həddə çatmasından xəbər verir. Hətta, 10,15, 20 il cəza almış dindar vətəndaşlarımız həbsxanalarda da rahat buraxılmır,- qisasçılıq və şiddətlə üzləşirlər."

Bəyanatda həmçinin deyilir: "Bu insanların günahı nədir? Bəlkə onların öz ölkəsinə, öz xalqına ləyaqətli, mənəviyyatlı və əxlaqlı həyat arzu etməsidir? Bəlkə onların “günahı” ədalətli və azad, xeyirxahlıq və sevgi ilə dolu bir cəmiyyət axtarışıdı?.. "