İranlı cüdoçular Bakı Qrənd Prisində uğurla çıxış etdilər
May 15, 2019 20:52 Asia/Baku
İranlı cüdoçular Bakı Qrənd Prisində bir qızıl və bir gümüş medal əldə ediblər.
İranlı cüdoçu Vəhid Nuri -90 kq çəki dərəcəsində 5 rəqibinin hamısını "ippon" ilə məğlub edərək, Bakı Qrənd Prisinin qalibi olub.
Digər iranlı cüdoçu Məhəmməd Rza Xeyrullahzadə isə +100 kq çəki dərəcəsində gümüş medal əldə edib.
Bu uğurlu çıxış ilə hər iki iranlı cüdoçu 2020-ci ildə Yaponiyada keçiriləcək Para-Olimpiya yarışlarında iştiraka vəsiqə əldə edib.