Avq 03, 2019 19:25 Asia/Baku
  • Azərbaycan R-nın sərhəd qoşunlarının hərbi manevri
    Azərbaycan R-nın sərhəd qoşunlarının hərbi manevri

Azərbaycan Respublikasının bir ədəd qırıcısının süqut etməsinin ardınca Xəzər dənizinin təhlükəsizliyini təmin etmək üçün bu ölkənin nəzarəti altında olan sularda taktiki manevr keçirilib.

Bu taktiki manevr Azərbaycan Respublikasının Xəzər dənizindəki maraqlarının qorunması, dəniz içərisindəki boru xətləri, həmçinin neft və qaz quyularının mühafizəsi, Azərbaycan Respublikasının sərhəd qoşunlarının döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, sualtı hədəflərin müəyyən edilərək hədəfə alınmaları, təyyarə və gəmi ilə dənizdə axtarış və xilasetmə əməliyyatlarının həyata keçirilməsi qüdrətinin artırılması, həmçinin informasiya mübadiləsi məqsədilə keçirilib.