Avq 04, 2019 13:34 Asia/Baku
  • Tehran-Bakı münasibətlərinin inkişafı çoxvektorluluq istiqamətində
    Tehran-Bakı münasibətlərinin inkişafı çoxvektorluluq istiqamətində

İran ilə Azərbaycan Respublikası arasındakı ticarət mübadilələri əvvəlkindən daha çox artacaq.

İranın iqtisadiyyat və maliyyə məsələləri naziri Fərhad Dejpəsənd dünən Tehranda Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşdən sonra müxbirlər qarşısında bu cəhəti bəyan edərək, əlavə edib ki, İran və Azərbaycan Respublikasının son altı aydakı ticarət həcmi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ikiqat artıbdır.

Tehran-Bakı münasibətləri iki ölkənin imkanlarına əsasən, son bir neçə ildə ikitərəfli və regional əməkdaşlıqlar istiqamətində inkişaf edib və üç cəhətdən strateji əhəmiyyətə malikdir:

Birinci cəhət: Regional inteqrasiyaların formalaşmasında önəm daşıyan İran ilə qonşu ölkələr arasında bölgədaxili münasibətlərin gücləndirilməsi.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayevin Tehranda söylədikləri, bu məqamı təsdiqləyir. O, Tehran-Bakı münasibətlərini yüksək səviyyədə və etimada söykənən münasibətlər adlandırıb və belə deyib: İran bölgənin mühüm ölkələrindəndir və İran-Azərbaycan Respublikası münasibətlərinin genişlənməsi bölgənin sabitliyi və təhlükəsizliyinə kömək edəcək.

İkinci cəhət: Tehran-Bakı münasibətlərinin əhəmiyyəti; İki ölkənin hədəfi, regional iqtisadi inteqrasiya çərçivəsindədir.

Və üçüncü cəhət: İran-Azərbaycan Respublikası münasibətlərinin inkişafı; iki ölkənin Xəzər dənizində və Qafqazdakı ali mövqeyi şimal-cənub tranzit keçidinin qovuşma halqası kimi əhəmiyyət daşıyır və iki ölkənin rolunu  strateji səviyyəyə qaldırır.

Qafqaz sahəsi üzrə analitik və ekspert Əfşar Soleymani Şimal-Cənub koridoru layihəsinə işarə edərək, deyir:

İran və Azərbaycan Respublikasının hər ikisi geopolitik və geoekonomik imkanlara malikdir. Onlar bir-birilərinin kənarında yaxşı bir mövqe yarada və yeni əməkdaşlıqların formalaşmasına səbəb ola bilərlər.

Hal-hazırda İran və Azərbaycan Respublikasının iştirakı ilə mühüm layihələr icra olunmaqdadır. Bu layihələrdən biri, Rəşt-Astara dəmiryolu layihəsidir. Bu layihə bölgədə strateji əhəmiyyətə malikdir. Onun icra olunması ilə Rusiya, Azərbaycan Respublikası və İran bir-biriləri ilə əlaqədə olacaqlar; İran da Gürcüstan vasitəsilə Qara dənizə qovuşacaqdır.