Dek 26, 2019 08:52 Asia/Baku
  • Türkiyə-AR sərhədində üç şübhəli İŞİD-çi həbs olunub
    Türkiyə-AR sərhədində üç şübhəli İŞİD-çi həbs olunub

Türkiyə bildirib ki, bu ölkənin Azərbaycan Respublikası ilə sərhədində üç nəfər İŞİD terror qrupuna üzvlük ittihamı ilə həbs olunub.

Türkiyənin təhlükəsizlik qüvvələri dünən bildiriblər ki, bu üç nəfər bu ölkənin şərq sərhədlərindən Tükiyəyə daxil olmaq niyyətində olub, amma Kocaeli vilayətində yerləşən təhlükəsizlik qüvvələrinin vaxtlı reaksiyaları ilə həbs olunubdur.

Türkiyənin təhlükəsizlik rəsmilərinin sözlərinə görə, həmin üç şübhəli bu ölkənin Azərbaycan Respublikası ilə sərhədində təqib əməliyyatı zamanı və İğdır vilayətinə daxil olmazdan öncə həbs olunub.

Türkiyə keçən həftə də yeni milad ilində bu ölkədə terror əməliyyatı törətmək istəyən 13 şübhəlinin həbs olunmasından xəbər verdi.

Bu şəxslər Türkiyə polisi tərəfindən “Osmaniyyə” vilayətində həbs olunublar. Türkiyənin daxili işlər naziri Süleyman Soylunun sözlərinə görə, hazırda bu ölkənin həbsxanalarında təqribən 1200 İŞİD üzvü həbsdədir.

Türkiyə hökuməti dəfələrlə İŞİD üzvlərinin həbs olunmalarından xəbər veribdir.

 

 

Teqlər