Bakının Qaradağ rayonu lökbatan qəsəbəsində yerləşən Sədərək ticarət mərkəzində yanğın baş verib
Bakının Qaradağ rayonu lökbatan qəsəbəsində yerləşən Sədərək ticarət mərkəzində yanğın baş verib.
Fövqəladə Hallar nazirliyinin verdiyi məlumatıa görə "Yanğın haqqında məlumat səhər saat 07:39-da daxil olub"
Yanğın 900-1000 kv. metr ərazini əhatə edib bu sözləri Dövlət Yanğından Mühafizə İdarəsinin Qərargah rəisi Əkbər Novruzov media nümayəndələrinə açıqlamasında bildirib.
O deyib ki, dərhal ərazi üzrə Qaradağ rayon Yanğından mühafizə idarəsinin əməkdaşları yanğın yerinə cəlb olunub: "İkinci dərəcəli yanğın elan olunub. Yanğın bir saata yaxın davam edib. 23 texnika və 125 canlı qüvvə yanğının söndulməsinə cəlb olunub. Yanğın 900-1000 kv. metr ərazini əhatə edib. Yanğın tam söndürülüb. Soyutma işləri aparılır. Yanğının səbəbi məlum deyil. Hazırda araşdırma aparılır".
Yanğın baş verən Ticarət Mərkəzinə 5 təcili tibbi yardım briqadası cəlb olunub.
Hadisə yerində 9 nəfərə yerində yardım göstərilib, bir nəfər isə başın travması ilə Kliniki Tibbi Mərkəzə aparılıb və xəstəxanada ambulator yardım göstərilib və o, evə buraxılıb.