• Şeyx Sərdarın hüququnu müdafiə edən vəkillər iclas keçirib

Namaz məhbusu kimi tanınan məhbus ruhani Şeyx Sərdar Hacı Həsənlinin hüququnu müdafiə edən vəkillərin iclası Bakıda təşkil olunub.

İRİB-in Bakıdakı nümayəndəliyinin verdiyi məlumata görə, bu iclasda məhbus ruhani Şeyx Sərdar Hacı Həsənlinin dörd vəkili Cavad Cavadov, Yalçın İmanov, Osman Kazımov və Nemət Kərimli, həmçinin bir qrup tanınmış hüquqçu, ruhani, ziyalı və Bakı ağsaqqalları iştirak edib. 

İclas iştirakçıları Şeyx Sərdar Hacı Həsənli haqda ədalətsiz qərarın verilməsi barəsində, həmçinin Apelyasiya məhkəməsi üçün şikayətin tənzimlənməsi və onun azadlığı üçün lazımi addımların atılması haqda fikir mübadiləsi aparıblar. 

Şeyx Sərdar Hacı Həsənlinin vəkillərindən biri Yalçın İmanov bu iclasın keçirilməsində məqsədin Şeyx Sərdar Hacı Həsənlinin qeyri-qanuni həbsi, onun barəsində ədalətsiz qərarın çıxarılması haqda vətəndaşların məlumatlandırılması, onun azadlığı üçün qanuni həll yollarının araşdırılması, bu sahədə lazımi addımların atılması adlandırıb və deyib: Şeyx Sərdar Hacı Həsənli 2009-cu ildən Masallı şəhəri cümə məscidində namaz qılırdı və 2016-cı ildə Masallı şəhəri meriyasının şikayətinə  və rayon polisinə şikayət ərizəsinin təqdim olunmasına əsasən, o həbs olunub. Məhkəmədə də onun özünü müdafiəsinə etina olunmayıb və buna əsasən verilən qərar ədalətsizdir. 

O əlavə edib: Şeyx Sərdar Hacı Həsənli haqda verilən qərar insan azadlığı hüququ barədə Azərbaycan Konstitusiyasının 9-cu maddəsi ilə ziddiyyətdədir.  Çünki Konstitusiyanın 48-ci maddəsinin 3-cü bəndində bildirilir ki, dini mərasimlər və tədbirlərin keçirilməsi, ictimai qanun-qaydalara zərbə vurmazsa və ictimai etikaya zidd olmazsa. eybi yoxdur. Və biz Şeyx Sərdar Hacı Həsənlinin hüququnun müdafiəçiləri elan etdik ki, bu ruhani cinayət törətməyib. Lakin təəssüflər olsun ki, diqqət yetirilmədi və qərar verildi. Hazırda biz Apelyasiya Məhkəməsi üçün şikayət tənzimləmişik və bir daha bu məsələni aydınlaşdıracaq və bu ruhaninin azadlığı haqda öz səylərimizi davam etdirəcəyik. 

Qeyd edək ki, Masallı rayonu cümə məscidində cümə namazı qıldığına görə, Azərbaycanın tanınmış ruhanilərindən biri Şeyx Sərdar Hacı Həsənli Masallı şəhər meriyasının şikayəti ardınca, 22 fevralda yüzlərlə namaz qılanın gözü önündə həbs olunub. 3 iyulda son məhkəmədə o 3 il azadlıqdan məhrum edilib. 

Jul 17, 2017 19:02 Asia/Baku
Şərhlər