Şeyx Sərdar haqda qərardan apelyasiya şikayəti verilib
Ruhanilər Məclisinin üzvü və maide.az saytının baş redaktoru, məhbus ruhani Şeyx Sərdar Hacı Həsənlinin hüquqlarını müdafiə edən vəkillər Bakıda məhkəmənin müvəkkillərinə qarşı qərarından apelyasiya şikayəti veriblər.
İRİB-in Bakıdakı ofisinin maide.az saytına istinadla verdiyi məlumata görə, məhbus ruhani Şeyx Sərdar Hacı Həsənlinin vəkillərindən biri Cavad Cavadov bu xəbəri bildirərək deyib: Şikayətdə Sərdar Babayevin əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilməsi tələb edilib.
Vəkil Cavadov əlavə edib: Eyni zamanda bu həftə məhkəmə iclas protokolu ilə tanış olaraq qeydlər vermək niyyətindəyik.
Şeyx Sərdar Hacıhəsənli Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun şikayətinə əsasən həbs edilib. O, Masallı rayonu cümə məscidində cümə namazı qıldğına görə namazqılanların gözü qarşısında saxlanılıb.
İyul ayının 3-də Masallı Rayon Məhkəməsində Şeyx Sərdara hökm oxunub. Məhkəmnin qərarı ilə Şeyx Sərdar Hacıhəsənli 3 il müddətinə azadlıqdan məhrum edilib.